Dünya şöhrətli həkim alimimiz Professor Dr. Məsud Aşina dünyanın nüfuzlu mükafatlarından olan TÜBA-TÜBİTAK mükafatına layiq görüldü.

Dünya şöhrətli həkim alimimiz Professor Dr. Məsud Aşina dünyanın nüfuzlu mükafatlarından olan TÜBA-TÜBİTAK mükafatına layiq görüldü. Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı (TÜBA-GEBİP – Görkəmli Gənc Alim və TÜBA-TESEP – Elmi Müəllif Hüququ İşi) öz növbəti sahiblərini tapıb. Mükafatlar 28 dekabr 2021-ci il tarixində Türkiyə Prezidentinin Rezidensiyasında keçiriləcək TÜBA-TÜBİTAK Elm Mükafatları Mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunacaq. Prof. Dr. Məsud Aşina öz təəssüratlarını belə bildirdi: “Öz adımdan və əlbəttə ki, elmi qrupum adından təşkilatçılara minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, bu mükafat uzun illərin əməyinə, elmi fəaliyyətimizə və nailiyyətlərimizə verilmiş yüksək qiymətdir. Ən böyük arzum elmi çalışmalarımız nəticəsində miqren xəstələrinin həyatını yüngülləşdirəcək, onları sağlamlıqlarına qovuşduracaq çarənin tezliklə tapılmasıdır”. Qeyd edək ki, Prof. Dr. Məsud Aşina. 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən əhəmiyyətli mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyində təhsilini tamamlayaraq, yüksək nailiyyətləri sayəsində eyni universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hal-hazırda İnsan Migren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır. Həmkarımız Professor Dr. Məsud Aşinanı bu münasibət ilə ürəkdən təbrik edir, ona daim səsinin ucalardan gəlməsini arzu edirik!

Diqər xəbərlər